Saakaşvili Poroşenko ilə barışmaq istəyir

Hit: 467
Saakaşvili Poroşenko ilə barışmaq istəyir

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərib.

Məlumata görə, Saakaşvili məktubda barışıq təklif edib. "Poroşenkoda məktub var. Mişa (Mixeil - red) deeskalasiya təklif edir, - deyə mənbə bildirib.

Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər. 

Qeyd edək ki, Mixeil Saakaşvili az öncə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib. "Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", — deyə Saakaşvili əlavə edib. //report









Redaktorun seçimi