Kreml: Ərdoğan və Rusiyanın Qüdslə bağlı mövqeyi üst-üstə düşmür

Hit: 338
Kreml: Ərdoğan və Rusiyanın Qüdslə bağlı mövqeyi üst-üstə düşmür

“Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Fələstin-İsrail münaqişəsindəki mövqeyi Moskvanın mövqeyi ilə üst-üstə düşmür”.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

“Biz bu mövqe ilə tanışıq və hal-hazırda o, bizim mövqeyimizlə üst-üstə düşmür. Rusiyanın  Qüds, eləcə də, Yaxın Şərq üzrə mövqeyi məlumdur”, - deyə Peskov bildirib.

Qeyd edək ki, bu gün İƏT-in İstanbulda keçirilən fövqəladə sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsü Fələstinin işğal altında olan paytaxtı kimi tanımağa səsləyib.

Faktor.az









Redaktorun seçimi