Türk qardaşlarımızın Azərbaycana vurduğu unudulmaz sillələr - SİYAHI/VİDEO

Hit: 1442
Türk qardaşlarımızın Azərbaycana vurduğu unudulmaz sillələr - SİYAHI/VİDEO

Türkiyə mətbuatında Azərbaycan haqqında tənqidi yazılar səngimək bilmir.

Faktor.az A24.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında Azərbaycan haqqında nəşr olunan yazılar gündəmin əsas mövzularından birinə çevrilməkdə davam edir. Hər zaman həm ictimai-siyasi, mədəni, həm idman, iqtisadi sahələrdə, həm də mətbuat və vətəndaş olaraq dəstək olub, qardaş dediyimiz Türkiyənin Azərbaycan haqqında söylədiyi fikirlər, onların mətbuatının tənqidi yazıları və yanlış məlumatları iki qardaş arasında qalmaqala səbəb olur. Bu vəziyyət düşmən ölkələrə xoş təsir bağışlasa da, Azərbaycan-Türkiyə münasibətlərinin zəifləməsi üçün zəmin yaradan amildir.

Türkiyə mətbuatının Azərbaycan haqqında yazdığı yanlış və tənqidi yazılar: 

Başlayaq 14 oktyabr 2009-cu il çərşənbə günü Bursada keçirilən Türkiyə-Ermənistan matçından. Mətbuatın xəbər başlığı – FİFA Azərbaycan bayrağına əl atdı. 

FİFA bu matça Azərbaycan bayrağının gətirilməsini qadağan etmişdi. Belə olduqda Bursa İcra Hakimiyyəti stadiona gələn və əlində Azərbaycan bayrağı tutan şəxslərin bayraqlarını yığaraq zibil qutusuna atdırmışdı. Daha sonra icra başçısı etdiyinin yanlış olduğunu demiş və çox saylı iradlardan sonra bayrağımızın stadiona girişinə icazə vermişdi.

Görüntülər: 

Qardaşdan daha bir zərbə gəlir. Bu dəfə hədəf Dağlıq Qarabağ.

Türkiyənin “Sabah” qəzeti öz saytında dünya ölkələrinin siyahısını dərc edir və böyük yanlışlığa yol verir. Qəzetdə yer alan “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi müstəqil dövlət kimi qeyd olunur və etirazlardan sonra siyahıdan silinir.

Azərbaycana qarşı daha bir hörmətsizlik – Türkiyənin “Hürriyet” qəzeti  Antarktikada meydana gələn dəliyin böyüklüyü ilə bağlı xoşagəlməz müqayisə aparır.

Media orqanlarında “Antarktikada Azərbaycan böyüklüyündə dəlik ortaya çıxıb” başlığı qeyd olunur.
 
 
21 fevral 2017-ci il tarixində Mehriban Əliyeva Azərbaycanın Birinci Vitse-Prezidenti təyin olunur. Bu məsələ də qardaş mediasının gündəminə çevrilir.
 
Türkiyənin FOXhaber telekanalında şərhçi Fatih Portakal “Azərbaycan Tipli Prezidentlik” başlığı ilə xüsusi diqqət çəkir. Bundan sonra iki ölkə arasında daha bir siyasi qalmaqal yaranır.
 
Görüntülər:

Qardaş mediadan daha bir təhqiredici yanaşma. Türkiyədə özünü jurnalist kimi təqdim edən Nural Aktaş, Mehtap Tanrıkurt adlı qadınlar sosial şəbəkədə Azərbaycanla baglı  təhqiramiz fikirlər səsləndirir.

Onların iddiasına görə guya Azərbaycanda 20 gün ərzində 20.000 it öldürülüb. Heyvansevər olduğunu bəyan edən Aktaş və dəstəkçiləri azərbaycanlıları təhqir etməkdən də çəkinmir.

 

Və son olaraq dünən “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat. 

Bu foto ilə bağlı Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Ezik kareoqrafi” başlığı ilə xəbər yayımlayır. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunur. Tənqidlərdən sonra yazı qəzetdən çıxarılır.









Redaktorun seçimi