Azərbaycanın əleyhinə səs verən deputatın vəziyyəti ağırdır

Hit: 707
Azərbaycanın əleyhinə səs verən deputatın vəziyyəti ağırdır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykalın vəziyyəti ağırlaşıb.

Türkiyə KİV-lərinə istinadən xəbər veririk ki, Baykal bu axşam üçüncü dəfə əməliyyata alınıb.

Baykalın həkim nəzarətində olduğu bildirilib. 

Baykal oktyabrın 15-də səhər saatlarında kəskin qızdırma ilə xəstəxanaya yerləşdirilib. Millət vəkilinin müalicə aldığı Ankara Universiteti İbn Sina xəstəxanasının professoru D. İbiş onun beyin qanaxması keçirdiyini bildirib.

Xatırladaq ki, D.Baykal oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycana qarşı olan qətnamənin lehinə səsverməklə gündəmə gəlmişdi.









Redaktorun seçimi