Ərdoğan: “Biz bir qəbilə və ya qəbilə dövləti deyilik”

Hit: 380
Ərdoğan: “Biz bir qəbilə və ya qəbilə dövləti deyilik”

ABŞ-ın Ankaradakı səfirliyinin qərarı bizi təəssüfləndirir. Türkiyə hüquqi dövlətidir. Biz bir qəbilə və ya qəbilə dövləti deyilik. Bu səbəbdən Türkiyənin Vaşinqtondakı səfirliyi eyni cavabı verib.

Faktor.az, virtualaz.org-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Bu qərara ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Metin Topuzun həbsinin səbəb olduğu bildirilir. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.









Redaktorun seçimi