Saat 19:00-da Qarabağın taleyi həll oluna bilər - DİQQƏT!

Hit: 988
Saat 19:00-da Qarabağın taleyi həll oluna bilər - DİQQƏT!

Bu gün Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycanvə Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla 19:00-da baş tutacaq. Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq. 

Faktor.az xəbər verir ki, Baş tutacaq görüşlə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədova bildirdi ki, tərəflərin mövcud vəziyyətə uyğun fikir mübadiləsi aparması vacibdir:

“Mövcud şərait bir daha onu göstərir ki, Azərbaycan tərəfi praktik addımların atılmasını gözləyir. Bu addımların atılması üçün Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin geri qaytarılmasını istəyir. Bu baxımdan hesab edirəm ki, görüşdə Azərbaycan tərəfi yenidən öz mövqeyini daha açıq və sərt şəkildə Ermənistan tərəfinə bildirərcək. Faktiki olaraq, Minsk qrupunun həyata keçirdiyi danışıqlar prosesi davam edir. Bu davamdan çıxmaq üçün artıq kordinal addımlar atılmalıdır. Əks təqdirdə, Azərbaycan tərəfi aprel döyüşlərində olduğu kimi Silahlı Qüvvələrinin əzmkarlığını sübut edəcək. Artıq bununla bağlı kifayət qədər ciddi müsajlar verilib”.









Redaktorun seçimi