Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR

Hit: 700
Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb - FOTOLAR

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Kopenhagendə yerləşən Beynəlxalq Katibliyində olub, baş katib Roberto Montella və daimi heyətlə görüşüb.

Trend-in məlumatına görə, səmərəli keçən görüşdə ATƏT PA-nın yaxın aylardakı fəaliyyəti, xüsusilə 5-9 iyulda Minskdə keçiriləcək 26-cı illik sessiyanın gündəliyinə aid məsələlər müzakirə edilib.

Qeyd edək ki, aprelin 24-də ATƏT PA-nın Büro iclası keçirilib və A.Quliyev iclasda iştirak edib. O, gündəlikdə olan məsələlər haqqında çıxış edib və ATƏT regionu, o cümlədən ölkəmiz üçün vacib olan məsələləri Büro üzvlərinin diqqətinə çatdırıb, müzakirə olunan layihələrə təkliflər verib.

Büro iclası qapalı olduğuna görə detallar barədə məlumat verilmir.

Faktor.az

1
1
1








Redaktorun seçimi