İranda prezident seçkiləri: - 6 nəfər qeydiyyata alındı - FOTOLAR

645 dəfə oxunub
İranda prezident seçkiləri: - 6 nəfər qeydiyyata alındı - FOTOLAR

İranın Konstitusiyaya Nəzarət Şurası qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmüş və qeydiyyatdan keçmiş namizədlərdən 6 nəfərinin səlahiyyətini təsdiqləyib.
 
Faktor.az 
APA-ya istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş namizədlərin adları beş gün Nəzarət Şurasında  araşdırıldıqdan sonra təsdiqlənib.
 
Beləliklə Konstitusiyaya Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənən şəxslər bunlardır:
 
1. İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim
2. Prezidentin birinci müavini İshaq Cahangiri Kuşayi
3. Hazırkı prezident Həsən Ruhani
4. "İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi"nin üzvü Seyid İbrahim Rəisi - Sadat
5. Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf
6. İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitəba
 
Sabiq prezident Mahmud Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinində səlahiyyəti təsdiqlənməyib.
 
Qeyd edək ki, səlahiyyəti təsdiqlənməyən şəxslər sabahdan 5 gün ərzində səlahiyyətlərinin təsdiqlənməməsinə görə etiraz edə bilər.

1
1
1
1
1
1


loading...
loading...

Redaktorun seçimi