Rusiya zəhərini Yerevanın üzərinə tökəcək - Ermənistanda TƏLAŞ

Hit: 1677
Rusiya zəhərini Yerevanın üzərinə tökəcək - Ermənistanda TƏLAŞ

"Rusiya "rəngli inqilab" anlayışına kifayət qədər geniş yanaşır. Moskvaya görə, vətəndaşların itənilən seçimi "rəngli inqilab"dır".

Faktor.az modern.az-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrdə "rəngli inqilab"a imkan verməyəcəkləri barədə bəyanatını şərh edən erməni ekspert Ruben Meqrabyan bildirib.

Onun sözlərinə görə, Kreml Ermənistanda hakimiyyətin Moskvanın diktəsindən kənar formalaşmasının istənilən üsulunu Kreml "rəngli inqilab" kimi xarakterizə edir.  

"Az qala korrupsiya ilə mübarizəni, Avropa, Qərblə yaxınlaşmanı da "rəngli inqilab" kimi tanıyırlar. "Rəngli inqilaba" cəhd olacaqsa, aydındır ki, Rusiya öz zəhərini Ermənistanın üzərinə tökəcək".

Ekspert qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatna gəlincə, bu, Rusiyanın əlində güc vasitəsidir.

"Rusiya istənilən kütləvi hərəkatı boğmaq üçün bu təşkilatdan istifadə edə bilər. Rusiya etirazları "rəngli inqilab" adlandırıb onu yatırda bilər".









Redaktorun seçimi