İsrail əsrin bəyanatını verdi - İran artıq bombalansın

Hit: 8543
İsrail əsrin bəyanatını verdi - İran artıq bombalansın

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyanı raketlə vurmasını dəstəkləyib.

Bu barədə yazılı açıqlama yayan baş nazir bildirib ki, prezident Donald Tramp kimyəvi silahlardan istifadə olunması və onun yayılması ilə bağlı mübarizə aparacağı barədə çox açıq və sərt xəbərdarlıq edib.

“Biz ABŞ prezidentinin bu mövqeyini tam dəstəkləyirik. Həmçinin, biz bu qərarın təkcə Suriyada Bəşər Əsəd rejiminə qarşı deyil, həm də İrana və Şimali Koreyaya qarşı da həyata keçirilməsini istəyirik. Ümid edirəm ki, ABŞ prezidenti dünyanı təhdid edən İran və Şimali Koreyaya qarşı da eyni addımı atacaq”- deyə Netanyahu bildirib.

 









Redaktorun seçimi