Türkiyə düşmənləri üzərində son illərin ən böyük qələbəsini belə qazandı - "Fərat Qalxanı" əməliyyatı başa çatdı

Hit: 2935
Türkiyə düşmənləri üzərində son illərin ən böyük qələbəsini belə qazandı - "Fərat Qalxanı" əməliyyatı başa çatdı

Baş nazır canlı yayımda açıqlayıb

Türkiyənin baş naziri Binəli Yıldırım Suriyanın şimalında keçirilən "Fərat Qalxanı" əməliyyatının başa çatdığını təsdiqləyib və bildirib ki, ölkənin təhlükəsizliyinə təhlükə yarandığı halda yeni əməliyyat mümkündür. İstiPress-in məlumatına görə, baş nazır canlı yayımda açıqlayıb.

Daha əvvəl Türkiyə milli təhlükəsizlik Şurasının iclasının yekunları üzrə yazılı bəyanatda "Fərat Qalxanı" əməliyyatının müvəffəqiyyətlə bitdiyini bildirib.

"Biz terrorçulardan 2015 kvadrat kilometrlik ərazini təmizlədik, Azad suriya ordusu orada yerləşib, qaçqınlar ora qayıdır, həyatı qurulur. "Fərat Qalxanı" əməliyyatının başa çatdı. Gələcəkdə, bizə qarşı hansısa təhlükə olduğu halda yeni əməliyyat keçirilə bilər və o, başqa adı daşıyacaq", -Yıldırım bildirib.

 









Redaktorun seçimi