Prezident İlham Əliyevin Saatlı rayonuna səfəri - YENİLƏNİB - FOTOLAR

Hit: 1634
Prezident İlham Əliyevin Saatlı rayonuna səfəri - YENİLƏNİB - FOTOLAR

11:19

Martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, prezidenti İlham Əliyev müşavirədə iştirak edir.

X X X

Martın 28-də prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışında iştirak edib.

X X X

Prezident İlham Əliyev martın 28-də Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.

-----------

10:57

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev martın 28-də Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

-----------

10:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gəlib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verdi.

X X X

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq "Sarıcalar" yarımstansiyasının açılışında iştirak edib.

X X X

Martın 28-də Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi