Azərbaycanla Türkiyənin Gürcüstan siyasətində çatışmayan nədir?

Hit: 2234
Azərbaycanla Türkiyənin Gürcüstan siyasətində  çatışmayan nədir?

"Gürcüstan siyasətindəki strateji çatışmazlıq aradan qaldırılmalıdır".

Faktor.az bildirir ki, bu barədə fikirlərin müəllifi QAFSAM-ın sədr müavini Nazim Cəfərsoydur.

O qeyd edib ki, Türkiyə və Azərbaycanın Gürcüstan siyasətində strateji və taktiki baxımdan ciddi əksikliklər var.

"Hər iki ölkənin Borçalı və axıska türklərinə yönəlik siyasətləri mənə Ankaranın son 30 ildəki türkmanlara olan münasibətini xatırladır. Ankara və Bakı iqtidarları bölgəni həqiqi mənafe təhlükəsiz və rifah səviyyəsi yüksək olan bölgəyə çevirmək, Gürcüstanın strateji müttəfiq olaraq qalmasına nail olmaq və ümumən Cənubi Qafqazda strateji balansı öz mənafelərinə uyğun hala gətirmək istəyirlərsə, Gürcüstandakı türklər mövzusunda ağıllı siyasət yürütməlidirlər. Bu siyasətin əsas fəlsəfəsi isə Borçalı və Axıska türklərinin Gürcüstan cəmiyyətinə tam inteqrasiyasına nail olunmalıdır. Bu inteqrasiya Borçalı və axıska türklərini Gürcüstanın ictimai, iqtisadi, siyasi və bürokratik sahələrdə haqları olan yeri alması şəklində reallaşmalıdır.

Axıskalılar mövzusunda əvvəla onların Gürcüstana, ana vətənlərinə dönməsini təşkil etmək lazımdır. Gürcüstandakı azərbaycanlılar üçün isə əsas hədəf dövlət dili olan gürcü dilini öyrənməkdir. Bu oralarda məktəblər və yaxşı bir universitet yaratmağa qədər getməlidir. Bu mənada Azərbaycan və Türkiyə gürcü iqtidarının dəstəyini alaraq Gürcüstanda bir təhsil səfərbərliyi başlatmalıdır. Bu hədəf reallaşarsa Gürcüstandakı türklər Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığının qarantı olarlar. Doğru bir strategiya ilə Gürcüstanın da ölkədəki azlıqları sistemə inteqrasiya etməyin onun maraqları və tutduğu Avropa yolu üçün həyati olduğu izah edilməlidir. Bu həm Gürcüstanın Azərbaycan və Türkiyə ilə qurduğu əməkdaşlıqda səmimiliyinin yoxlanılmasıdır, həm cəmiyyətini Aİ-yə hazırlamaq üçün lazımlıdır, həm də Rusiya və İranın bu azlıqlar üzərindən oyun qurma imkanlarını heçə endirmək üçün stratejik məcburiyyətdir. Əks halda biz hələ daha çox rus əsgərinin Gürcüstan üzərindən Ermənistana getməsini izləyəcəyik".

Rəhim //Faktor.az









Redaktorun seçimi