Bölünən Suriya deyil, Türkiyədir - Rusiyayla ABŞ-ın gizli planlarının şifrələri

Hit: 5929
Bölünən Suriya deyil, Türkiyədir - Rusiyayla ABŞ-ın gizli planlarının şifrələri
Türkiyə ilə bağlı təzyiqlərin artdığı müşahidə edilməkdədir. Xüsusilə qardaş ölkədə son 10 ildə baş verənlər kifayət qədər qayğı yaratmaqdadır.
 
Suriya siyasəti, Fetö amili, sistem dəyişikliyi, kürd problemi, siyasi anlamda "islam" amilinin Avropa adı fonunda aktuallaşması, ABŞ-la soyuqlaşma mərhələsinin Rusiya ilə istiləşən əlaqələrə yerini verməsi və son olaraq, Avropa ölkələri ilə bağlı yaşananlar xoş mətləblərdən xəbər vermir.
 
Faktor.az bildirir ki, Türkiyə növbəti dəfə beynəlxalq güclərin hədəfindədir və bu, yüz illədir davam edən siyasətin davamıdır.
 
Bu barədə fikirlərdən birini təqdim edirik:
 
"Bir gün ABŞ və Rusyanın Türkiyəni bölmək, parçalamaq və hətta yox etmək üçün anlaşdığını duysanız, təəccüblənməyin.
 
Osmanlı dövləti hələ, XIX əsrin ilk illərində dağılmalı idi, Bu imperiyanın nə cür dağılacağı ilə bağlı Avropa və Rusiya razılaşa bilmədiyi üçün Osmanlı balans siyasətini sərgiləmək üçün fürsət tapdı. Ömrünü 100 il uzada bildi.
 
Günümüzdə isə həmin balans Rusiya - Avropa arasında deyil, ABŞ-Rusiya arasında qurulub.  Orta Şərqin gələcəyi ilə bağlı planlarda Avropa amili artıq ortadan qalxıb.
 
Daha maraqlı bir nüans elə bu zaman ortaya çıxır.
 
Türkiyə məqsədli formada ABŞ tərəfindən Rusiyaya doğru itələnir. Rusiyayla müttəfiqlik  strateji səciyyə görüntüsü daşısa da, hər an ortadan qalxa bilər.
 
Bu, ABŞ və Rusiya arasında usta formada, uzun müddətə hazırlanmış proqramdır.
 
Hər iki nəhəng yaxşı başa düşür ki, Orta Şərqə sahib olmağın yolu Türkiyənin çökdürülməsindən keçir.
Artıq bu planın ilk mesajlarını da anlamaq mümkündür. Bu proses baş tutarsa, Orta Şərq ABŞ və Rusiya arasında paylaşdırılması deməkdir.
 
Necə deyərlər: Rusiya Pyotrun üçüncü vəsiyyətinə də əməl etdi: İsti dənizlərə yol açıldı - "Ah Akdeniz"
 
 
 








Redaktorun seçimi