Ərdoğana qardaş deyən Putinin əsgərləri - Kürd terrorçularıyla sarmaş-dolaş

Hit: 1998
Ərdoğana qardaş deyən Putinin əsgərləri - Kürd terrorçularıyla sarmaş-dolaş

Suriyanın Afrin qəsəbəsində hərbi baza quracağı xəbərlərini təkzib edən rus ordusu, bu dəfə Türkiyənin əleyhinə olan kadrlarla görüntülənib.

Hələbdə keçirilən Novruz bayramı mərasiminə qatılan rus hərbçiləri terror təşkilatı PKK-nın Suriya qanadı olan YPG-nin bayraqları ilə rəsm çəkdiriblər. Bölgədəki rus əsgərlərinin komandanı olan general Andrey Volkov isə mərasim vaxtı qoluna YPG gerbi taxıb.

Fotolar kürd saytlarında və sosial şəbəkələrdə paylaşılıb. Əsəd rejiminə yaxı media orqanları rusların Afrində hərbi baza yaradacaqlarını və YPG-yə təlim keçəcəyini yazır.

Rusiya MN bir gün əvvəl həmin xəbərləri təkzib etmişdi. Türkiyənin 'Fərat Qalxanı' hərakatı ilə əl-Bab qəsəbəsini tutması Suriyanın şimalındakı balansı pozdu. Münbiçdən çəkilmək istəməyən YPG-lilər şəhərin qərbindəki mövqelərini Əsəd və rus ordusuna təslim etdi.

Rus hərbçilərin Münbiçdə çəkilmiş fotoları keçən həftə mediada çap edilmişdi.

Rəhim //Faktor.az









Redaktorun seçimi