Ərdoğandan Avropaya SƏRT SÖZLƏR: - "Əgər siz bundan sonra da belə davam etsəniz..." - VİDEO

Hit: 958
Ərdoğandan Avropaya SƏRT SÖZLƏR: - "Əgər siz bundan sonra da belə davam etsəniz..." - VİDEO

"Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir, əks halda onların vətəndaşları dünyada bir addım belə ata bilməyəcəklər".

Faktor.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Mən bir daha avropalılara müraciət edirəm: Türkiyə o ölkələrdən deyil ki, onun nazirlərini itələmək və ya qapıdan geri qaytarmaq mümkün olsun. Bu cür hərəkətləri bütün dünya görür. Əgər siz bundan sonra da belə davam etsəniz, Qərb ölkələrinin bir vətəndaşı belə dünyada heç yerə bir addım ata bilməyəcək. Buna görə biz Türkiyə olaraq Avropanı hüquq və azadlıqlara hörmətlə yanaşmağa dəvət edirik", - deyə Ərdoğan Türkiyənin regional KİV nümayəndələri ilə görüşdə bildirib.

Qeyd edək ki, Almaniya və Niderland hökümətləri Türkiyə nazirlərinin həmin ölkələrdə yaşayan türk əsilli seçicilər qarşısında çıxış etmələrinə qadağa qoyub. Bundan sonra Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşib. Həmin görüşlər Türkiyədə aprelin 16-da keçiriləcək konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum öncəsi seçkiqabağl kampaniya çərçivəsində nəzərdə tutulmuşdu.

Faktor.az