Rus xüsusi təyinatlıları Avropanın arxa bağçasına yeridildi - Avropa və Vaşinqtona soyuq duş, savaş qapını çaldı

Hit: 3758
Rus xüsusi təyinatlıları Avropanın arxa bağçasına yeridildi - Avropa və Vaşinqtona soyuq duş, savaş qapını çaldı

Rusiya bir qrup xüsusi təyinatlı əsgərini Misirin Liviya ilə sərhəddindəki bazaya toplayıb.

Məlumatı verən agentlik xəbəri ABŞ və Misir mənbələriylə yanaşı qərbli diplomatlar tərəfindən də təsdiqləndiyini bildirir. Rus xüsusi təyinatlılarının və PUA-larının yerləşdirildiyi baza Misir-Liviya sərhəddinə təxminən 100 km məsafədə yerləşən Sidi Barrani qəsəbəsindədir.

Misir MN mətbuat xidmətindən verilən məlumatda ölkədə heç bir xarici ölkə hərbçisinin olmadığı bildirilib. Ancaq Reuters xəbər agentliyinə açıqlama verən Misir təhlükəsizlik əməkdaşlarına bağlı mənbələr 22 nəfərdən ibarət  rus xüsusi əməliyyat birliyinin ölkədə olduğunu təsdiqləyib.

Onlar həmçinin keçən ayın əvvəlində də daha şərqdə yer alan Merse Matruhdakı bir hərbi bazadan da rusların istifadə etdiyini bildirib. Hər iki məlumat daha əvvəl mətbuatdan gizlədilirdi. Diplomatlar və ABŞ-dan olan nümayəndələrin məlumatına görə rus xüsusi birlikləri Hafter qüvvələrinin nəzarətində olan neft limanlarına 3 Martda Benqazi Müdafiə Taborları tərəfindən təşkil edilən hücumla çətin vəziyyətə düşən liviyalı komandir Xəlifə Hafterə dəstək olmaq üçün bölgəyə gəlmiş ola bilər.

Liviyada BMT-nin tanıdığı rəsmi Trablus iqtidarı Liviya Milli Ordusu komandanı Xəlifə Haftər ilə anlaşmazlıq içindədir. Mütəxəssislər Rusiyanın neftlə zəngin Liviyada aktivləşməsinin rəsmi Vaşinqtonun narahatlığına səbəb olduğunu bildirir.

ABŞ-lı  CİA nümayəndəsinin fikrincə, Rusiyanın Liviyadakı məqsədi "Sovetlər İttifaqının Qəddafi dövründəki nüfuzunu yenidən bərpa etməkdir". Qərbli bir diplomat isə Rusiyanın Hafteri dəstəkləməkdə əsas məqsədinin neft yataqlarına sahib olmaq olduğu fikrindədir.

Adının açıqlanmasını istəməyəb diplomat: "Misirlilərin Rusiyanın Liviya üzərindəki təsirini artırmasını asanlaşdırmaq üçün bazalarından istifadəyə icazə verməsi aydındır. İddialara görə rus əsgərləri Misirdə hərbi təlimlər də keçirir" - dedi. Rusiyanın son zamanlar Haftər ilə yaxın əlaqədə olması "Avropanın arxa bağçası təhdid altındadır" fikirlərinin səslənməsinə səbəb olub. Rusiyanın Suriyadakı hərbi qüvvələrini azaltmaq qərarı almasının ardından bölgədən ayrılan "Admiral Kuznetsov" adlı təyyarə gəmisini 11 yanvarda Liviya dəniz sahillərinə göndərməsi və dərhal ardından İtaliyanın Liviyada yenidən açdığı səfirliyini qoruma bəhanəsi ilə Trablusa hərbi qüvvə göndərməsi "Rusiya ilə Qərb arasında yeni savaş meydanımı yaranır?" sualını gündəmə gətirmişdi.

Rəhim //Faktor.az









Redaktorun seçimi