Hollandiya bunu etmədi, İran mollası etdi - Tehrandan Türkiyə üçün rəzalət qərar

Hit: 27943
Hollandiya bunu etmədi, İran mollası etdi - Tehrandan Türkiyə üçün rəzalət qərar

İran ölkə əhalisinə Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edib.

Türkiyənin Hollandiya və Almaniya ilə gərginliyindən istifadə edən İran bu ölkəyə qarşı cəbhə alıb. İran Milli Məclisinin sədri Əli Laricani son zamanlar rəsmi Ankaranın İrana qarşı verdiyi açıqlamaların qonşuluq münasibətlərinə yaraşmadığını bildirib.

Türkiyənin istifadə etdiyi ifadələrdə daha diqqətli olmasını istəyirik deyən Laricani İran vətəndaşlarına Türkiyəyə getməmək çağırışı edib. Mətbuat konfransında jurnalistlərin gündəmlə bağlı suallarını cavablayan MM sədri Ankaranın tənqidi açıqlamalarına qarşı İranın soyuqqanlı davrandığını bildirib.

Laricani: "Son vaxtlar rəsmi Ankaranın etdiyi bəzi açıqlamalar qonşuluq münasibətlərinə xələl gətirir. Türkiyənin İranla bağlı tutduğu mövqe və verdiyi açıqlamalarda diqqətli olmasını istəyirik. İran bu mövzuda soyuqqanlı hərəkət edir" deyə açıqlayıb. İran XİN-in Türkiyəyə səyahət edilməməsi barəsində xəbərdarlığına da münasibət bildirən spiker "Xalqımızın təhlükəsizliyini qorumaq və bu barədə xəbərdarlıq etmək məcburiyyətindəyik" deyib. Türkiyənin bəzi yerlərində narahatedici hadisələrin baş verdiyini bildirən Laricani "Bu ölkədəki terror probleminin azalmasına və şəraitin normallaşmasını ümid edirik" deyib.

Rəhim //Faktor.az









Redaktorun seçimi