Bütün əleyhdarları Ərdoğanın ayağına gəldi - Avropanın bircə adımı ilə master - klass - ŞƏRH

Hit: 6510
Bütün əleyhdarları Ərdoğanın ayağına gəldi - Avropanın bircə adımı ilə master - klass - ŞƏRH

Avropa Ərdoğanı niyə "sevdi"?
Bilmirəm, bunu əvvəlcədən görməyə ağılları çatmışdı ya yox, amma Avropa İttifaqı faktiki olaraq, Ərdoğanı qeyri-məhdud səlahiyyətli prezident elədi desək, çox olmaz.

AKP-nin bütün təbliğat gücünə baxmayaraq, son dövrlər referendumda "yox" "hə" ilə baş-başa idi, hətta keçməyə başlamışdı. İndi isə əvvəl Almaniya və Avstriya, arxası ilə də Hollandiyanın tətbiq elədiyi faşist və qeyri-qanuni münasibət böyük ehtimal referendumun nəticəsini "hə"yə çevirdi. 

AKP var gücü ilə çalışdığı amma əldə edə bilmədiyi 3 şeyə qovuşdu: 1 Əzabkeşlik (Mağduriyyət), 2 Milli və vətənpərvər hissləri cəlb etmək (Avropa, Avropanın türk və islam düşmanlığı), 3 Doğru yol tutduğunu sübut etmək.

Son hadisələr və yaratdığı təzyiq müxalifəti Ərdoğanı dəstəkləməyə məcbur elədi. Hətta hər şeydə əks olan CHP məcbur qalıb hökumətdən Hollandiya ilə diplomatiki əlaqələri dayandırın, dəstək verəcəyik dedi.

Turab Rzayev

Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin ilk və yeganə Azərbaycanlı üzvü

//Faktor.az









Redaktorun seçimi