İslam xiristian ədavəti Türkiyənin başında partladı - Hollandiya qapıları bağladı, döydü, qovdu

Hit: 6003
İslam xiristian ədavəti Türkiyənin başında partladı - Hollandiya qapıları bağladı, döydü, qovdu

Avropada, elə Hollandiyanın özündə antiislam hərəkatı vizasını siyasətdə qalib gəlməsi ilə almağa başlayıb.

Uzun illərin antiislam təbliğatı, ərəblərin Avropada qeyri-mədəni davranışlarının onların müasir mədəniyyətlərinə adaptasiya edə bilməmələri, bütün alçaqlıq və pislikləri özləri ilə Avropaya daşıdıqları iddia edildi.

Amma hər kəsin bildiyi o həqiqəti kimsə etiraf etmədi ki, Avropanı başına götürən müsəlman miqrantları ölkəsindən perikdirən ikiüzlü və qaniçici Avropa siyasi davranışının ağır nəticələri idi.

Bu meyvələr o qədər çoxdur ki, Avropaya da pay az düşmədi. Ondan sonra başlayan anti-islam, müsəlmanların vəhşi obrazı daha da güclənməyə başladı.

Avropa seçicisi qapılarını döyən müsəlmanlara inad səslərini müsəlmanları, islamı rədd edən irqçi, faşist siyasilərə verdi.

Hollandiyada  İslam və Avropa Birliyi əlehdarı Azadlıq Partiyasının lideri Gert Vilderin seçim  nitqləri mesaj kimi alındı, amma kimsə nəitcə çıxarmadı.

Baxın, bu ayın 15-də seçimlərə gedəcək Hollandiyanın ən favorit namizədinin sözlərinə:

 “İslamlaşmaya baxın. Ölkəmizdə terrorizmə necə izin veririk. İslam faşistlərdən daha təhlükəlidir".

Və dünən baş verən hadisələr öz həddini daha da aşdı.

Ən güclü İslam ölkəsi, son günlərin mərkəzi hakimiyyəti güclənən və  Ərdoğan administrasiyasına təsirləri azalan Avropa Türkiyəni hədəfə aldı.

Bu qarşıdurmanın alt qatında bəlli səbəblər dayanır:

Türkiyə güclənir, kredit almır, silah bazarında alıcıdan satıcıya çevirilib, Suriyada əsas aktorlardan biridir, Rusiya ilə mühüm müttəfiqlik əldə edilib, Avropanın gələcəkdə enerji ehtiyatlarından asılılığında Türkiyə amili güclənir...

Həm seçim təbliğatını aparmaq üçün deyəsən, hollandlar və almanlar bundan yaxşı zamanın yetişməyəcəyini anlayıblar.

Xarici İşlər naziri Çavuşoğlunun uçuş izni qadağan edildi, ardınca da türk qadın nazir Kaya Rotterdamdakı Türkiyənin baş konsulluğuna alınmadı.

Ən son iplər bir daha Gert Vildersin bu hadisə ilə bağlı açıqlamalarıyla qopdu.

"Get və bir daha geri dönmə, lütfən, Niderlanddakı bütün türk tərəfdarlarınızı da yanınıza alın, gülə-gülə" sözləri ilə sosial medianı ayağa qaldırıb.

Bu yaşanan olaylardan sonra türk tərəfi prezident səviyyəsində hadisənin determinatorlarını nasist, irqçi adlandırıb.

Gecə saatlarında PKK-ya qapılarını açan, onların cild atmalarına müsadə edən Hollandiya türk mitinqçilərə itlərlə, atlarla, polis dubinkaları ilə divan tutub.

Görünən odur ki, Türkiyəyə qarşı Avropada birlik hazırlığı başlayıb.

Bunun iki üzvü artıq bəllidir: Almaniya və Niderland...

Apreldən sonra Türkiyə bu addımlarla bağlı adekvat olaraq o ölkələrin diplomatlarına sanksiya qoyacağını açıqlayıb.

Faktor.az //Əziz Əlibəyli

 









Redaktorun seçimi