"Dağlıq Qarabağ münaqişəsində status-kvo müharibə təhlükəsi yaradır"

Hit: 305
"Dağlıq Qarabağ münaqişəsində status-kvo müharibə təhlükəsi yaradır"

"Dağlıq Qarabağ münaqişəsində status-kvo stabil deyil və müharibə təhlükəsi yaradır".

Faktor.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in Minsk qrupunun sabiq həmsədri Ceyms Uorlik "Amerikanın səsi"nə müsahibəsində deyib.

C.Uorlik qeyd edib: "Status-kvo sabit deyil, müharibə təhlükəsi yaradır, sülh isə regionda hər şeyi dəyişəcək".

Onun sözlərinə görə, regionun əhalisi sülhə layiqdir:

"Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsi zəruridir, eyni zamanda, Azərbaycan ərazilərinin qaytarılması barədə danışmaq lazımdır".









Redaktorun seçimi