Nazir Moskvada tələb etdi: - "Ermənilər torpaqlarımızdan çıxmalıdırlar"

Hit: 908
Nazir Moskvada tələb etdi: - "Ermənilər torpaqlarımızdan çıxmalıdırlar"

"Azərbaycan üçün Qarabağ münaqişəsi həm ərazi bütövlüyü, həm də suverenlik konteksti baxımından olduqca prinsipial məsələdir".

Faktor.az azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri (XİN) Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbəri xatırladıb ki, Azərbaycan torpaqlarının 20%-i işğal altındandır. Bundan əlavə, işğal olunan torpaqlar etnik təmizləmələrə məruz qalıb. 

"Təbii ki, orada yaşayan insanların o torpaqlara qayıtmasına, silahlı toqquşmaların azalmasına dair istənilən irəliləyiş Azərbaycanın maraqlarına cavab verir". 

Azərbaycan XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində irəliləyişin vacib olduğunu bildirib. Məmmədyarovun sözlərinə görə, substantiv danışıqlar təmas xəttində hərbçilərin həyatını xilas etməyə kömək edə bilər. 

Nazir əlavə edib ki, erməni hərbçilər Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmalıdırlar. Məmmədyarov, eyni zamanda vurğulayıb ki,Ermənistan tərəfinin ritorikası bizim sülh istiqamətinə getməyimizə uyğun deyil. 









Redaktorun seçimi