"Tramp Amerikanın əsl simasını göstərdi" - Xamenei

Hit: 602
"Tramp Amerikanın əsl simasını göstərdi" - Xamenei

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ prezidenti Donald Trampın fəaliyyətini qiymətləndirib.

Faktor.az oxu.az-a istinadən bildirir ki, Xamenei bu barədə çərşənbə axşamı, fevralın 7-də, öz Twitter səhifəsində yazıb.

"Biz Trampı dəyərləndiririk! O bizə Amerikanın əsl simasını göstərmək üçün böyük iş görüb", - Xamenei yazıb.

İranın ali lideri, həmçinin əslən İrandan olan beş yaşlı uşağın hava limanında saatlarla əlləri qandallı saxlanılmasını xatırladıb.









Redaktorun seçimi