AB-dən Azərbaycana böyük önəm - Yeni saziş üzrə danışıqlar başlayacaq

Hit: 612
AB-dən Azərbaycana böyük önəm - Yeni saziş üzrə danışıqlar başlayacaq

Azərbaycan və Avropa İttifaqı sabah yeni saziş üzrə danışıqlara başlayacaqlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Aİ arasında əməkdaşlıq çox məhsuldar, səmimidir və böyük potensial var:

"Bizim aramızda çox aktiv siyasi dialoq var, biz mütəmadi olaraq görüşürük, mühüm siyasi hadisələri və ölkəmizdəki siyasi islahatları müzakirə edirik. Biz bütün Azərbaycan vətəndaşları üçün daha geniş imkanların təmin edilməsi məqsədilə ölkədə demokratik islahatların davam etdirilməsinə sadiqik”.









Redaktorun seçimi