Hadı Rəcəbli "qalmaqallı iclas"ı təxirə saldı

Hit: 826
Hadı Rəcəbli "qalmaqallı iclas"ı təxirə saldı

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb.

Faktor.az ölkə.az-a istinadən xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil.

Komitə iclasında "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı.

Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda - yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.

Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.









Redaktorun seçimi