İlham Əliyev Qərbi Azərbaycan vilayətinin valisini qəbul edib

Hit: 429
İlham Əliyev Qərbi Azərbaycan vilayətinin valisini qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin ölkələrimiz, xalqlarımız və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirdi və son illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurduğunu deyib. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin və keçirəcəyi görüşlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd edib.

İki ölkə arasında ikitərəfli əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabaği ölkəsində Ulu Öndərin böyük ehtiramla xatırlandığını deyib. İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərinin dəvəti ilə ölkəmizə səfər etdiklərini deyən Qurbanəli Səadət Qarabaği İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı p









Redaktorun seçimi