Xəyanətkar Rusiya bunu da etdi - Türkiyəni kürəyindən vurdu

Hit: 18252
Xəyanətkar Rusiya bunu da etdi - Türkiyəni kürəyindən vurdu

Suriya münaqişəsinin həlli üçün keçiriləcək Astana görüşünə günlər qaldığı bir vaxtda Rusiyanın “Sputnik” xəbər agentliyi şok bir iddia ortaya atıb.

Agentlik Dəməşq PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə daxil olmayan kürd siyasətçilərlə danışıqlar aparır.

Agentliyin iddiasına görə, danışıqlar Rusiyanın vasitəçiliyi ilə keçirilib. Suriyalı kürd siyasətçi Ferid Sedun kürdlərin federasiya tələbləri ilə əlaqədar paytaxt Dəməşqə getdiyini deyib.

“Sputnik” bildirir ki, rusiyalı səlahiyyətlilər 2 həftə əvvəl Lazikiyedə aralarında PYD/YPG-lilərin də olduğu 24 kürd siyasi təşkilatının nümayəndələri ilə görüşüb. Xəbərə görə, Rusiya bu təşkilatların Suriya rəhbərliyi ilə görüşünə də vasitəçilik edib.

Daha əvvəl isə Dəməşq Suriyada bir federasiyanın yaradılmasının müzakirə mövzusu olmadığının bəyan edib. Bu ilin martında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da bu ölkənin dövlət katibi Con Kerri ilə görüşündə Suriyada YPG-nin federasiya qurmasına qarşı olduqlarını deyib.

Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatının əsas məqsədi də məhz ölkənin cənub sərhədlərində kürd federasiyasının yaranmasına imkan verməməkdir. (publika.az)









Redaktorun seçimi