İlham Əliyev məqalə yazdı - MƏTN (YENİLƏNİR)

Hit: 445
İlham Əliyev məqalə yazdı - MƏTN (YENİLƏNİR)

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub.

Məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir: "Energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində qlobal layihələrin reallaşdırılması yalnız bizim ölkəmizi rəqabətə davamlı edir, həmçinin regional və beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. Bununla əlaqədar Azərbaycan təbii qazının Avropa bazarına çatdırılması üzrə Azərbaycanın rəhbərlik etdiyi və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfəsini verib. Bu layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60%-i, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30%-i icra edilib. Bu yatağın sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qazdır və Şah Dəniz dünyanın ən böyük qaz yataqlarından birdir".

Məqalədə vurğulanıb: "Biz, həmçinin Azərbaycanın tranzit potensialının gücləndirilməsi məqsədilə bir sıra layihələrin həyata keçirilməsinə başlamışıq. Bu il Bakı- Tbilisi- Qars dəmiryolu xəttinin tikintisinin başa çatdırılması planlaşdırılır. Bu layihənin reallaşdırılması Çindən - Avropaya olan yük daşımılarının həyata keçirilməsini 25-30 gündən 12-15 günə düşməsi ilə nəticələnəcək. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan bütün tikinti işləri ötən il başa çatıb. Bununla da Azərbaycan vacib nəqliyyat qovşağına çevrilir. Bu gün bizim iqtisadi siyasətimizin prioriteti iqtisadiyyatımızın şaxələndirilməsi prosesini davam etdirmək, qeyri-neft sektorunu inkişaf etdirməkdir".

Preident məqaləsində yazıb ki, Azərbaycanda sənaye sahəsinin inkişaf etdirilməsi məqsədilə sənaye park və zonalarının tikintisi həyata keçirilir. 

"2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında investisiya həcmi 2 milyard dollara yaxın bir neçə zavod fəaliyyətə başlayacaq. Pambıq, tütün, çay, baramaçılıq və digər ixrac yönümlü məhsulların istehsalı genişləndiriləcək və aqro-sənayen parkları və böyük fermaların sayı artırılacaq. İnformasiya sektorunun inkişafı, xidmətlərin keyfiyyəti və ölkənin informasiya tranzit dəhlizi kimi potensialının artırılması məqsədilə işlər davam etdiriləcək. Elektron vizanın təşəbbüsünün həyata keçirilməsi və vergisiz sistemlərin tətbiqi, həmçinin Avropa və "Formula 1" kimi genişmiqyaslı tədbirlərə ev sahibliyi ölkədə turizmin inkişafına öz əhəmiyyətli töhfəsini verir.

Bizim nailiyyətlərimiz hiss edilir və görülür, lakin biz çətinliklərlə qarşılaşırıq. Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsir edib və gəlirlərin azalması ilə nəticələnib ki, bu da ötən il ərzində milli valyutanın devalvasiyası ilə nəticələnib. Buna baxmayaraq, biz müvafiq tədbirlər çərçivəsində bu problemləri uğurla həll edirik. Davamlı inkişafın təmin olunması məqsədilə Strateji Yol Xəritəsi hazırlanıb: Struktur, institutsional, pul, maliyyə və digər islahatlar davam etdirilib; vergi və gömrük sahəsində idarəetmə yaxşılaşdırılıb; bütün sahələrdə şəffaflıq təmin olunub. Nümunə olaraq, ötən ilin 10 ayı ərzində ticarət dövriyyəsinin azalmasına baxmayaraq, vergi daxilolmaları 53% artıb". //azvision.az

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub.

AzVision.az-ın məlumatına görə məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir: "Energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində qlobal layihələrin reallaşdırılması yalnız bizim ölkəmizi rəqabətə davamlı edir, həmçinin regional və beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. Bununla əlaqədar Azərbaycan təbii qazının Avropa bazarına çatdırılması üzrə Azərbaycanın rəhbərlik etdiyi və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənubi Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfəsini verib. Bu layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60%-i, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30%-i icra edilib. Bu yatağın sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qazdır və Şah Dəniz dünyanın ən böyük qaz yataqlarından birdir".

Məqalədə vurğulanıb: "Biz, həmçinin Azərbaycanın tranzit potensialının gücləndirilməsi məqsədilə bir sıra layihələrin həyata keçirilməsinə başlamışıq. Bu il Bakı- Tbilisi- Qars dəmiryolu xəttinin tikintisinin başa çatdırılması planlaşdırılır. Bu layihənin reallaşdırılması Çindən - Avropaya olan yük daşımılarının həyata keçirilməsini 25-30 gündən 12-15 günə düşməsi ilə nəticələnəcək. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan bütün tikinti işləri ötən il başa çatıb. Bununla da Azərbaycan vacib nəqliyyat qovşağına çevrilir. Bu gün bizim iqtisadi siyasətimizin prioriteti iqtisadiyyatımızın şaxələndirilməsi prosesini davam etdirmək, qeyri-neft sektorunu inkişaf etdirməkdir".

Preident məqaləsində yazıb ki, Azərbaycanda sənaye sahəsinin inkişaf etdirilməsi məqsədilə sənaye park və zonalarının tikintisi həyata keçirilir. 

"2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında investisiya həcmi 2 milyard dollara yaxın bir neçə zavod fəaliyyətə başlayacaq. Pambıq, tütün, çay, baramaçılıq və digər ixrac yönümlü məhsulların istehsalı genişləndiriləcək və aqro-sənayen parkları və böyük fermaların sayı artırılacaq. İnformasiya sektorunun inkişafı, xidmətlərin keyfiyyəti və ölkənin informasiya tranzit dəhlizi kimi potensialının artırılması məqsədilə işlər davam etdiriləcək. Elektron vizanın təşəbbüsünün həyata keçirilməsi və vergisiz sistemlərin tətbiqi, həmçinin Avropa və "Formula 1" kimi genişmiqyaslı tədbirlərə ev sahibliyi ölkədə turizmin inkişafına öz əhəmiyyətli töhfəsini verir.

Bizim nailiyyətlərimiz hiss edilir və görülür, lakin biz çətinliklərlə qarşılaşırıq. Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsir edib və gəlirlərin azalması ilə nəticələnib ki, bu da ötən il ərzində milli valyutanın devalvasiyası ilə nəticələnib. Buna baxmayaraq, biz müvafiq tədbirlər çərçivəsində bu problemləri uğurla həll edirik. Davamlı inkişafın təmin olunması məqsədilə Strateji Yol Xəritəsi hazırlanıb: Struktur, institutsional, pul, maliyyə və digər islahatlar davam etdirilib; vergi və gömrük sahəsində idarəetmə yaxşılaşdırılıb; bütün sahələrdə şəffaflıq təmin olunub. Nümunə olaraq, ötən ilin 10 ayı ərzində ticarət dövriyyəsinin azalmasına baxmayaraq, vergi daxilolmaları 53% artıb".









Redaktorun seçimi