Müdafiə Nazirliyi: Erməni tərəfi dezinformasiya yaymaqda davam edir

Hit: 499
Müdafiə Nazirliyi: Erməni tərəfi dezinformasiya yaymaqda davam edir

Qoşunların qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə erməni tərəfi dezinformasiya yaymaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur: "Əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir".

Faktor.az









Redaktorun seçimi