Rusiya Türkiyə ilə razılığa gəldi - Suriyada nələr olur?

Hit: 413
Rusiya Türkiyə ilə razılığa gəldi - Suriyada nələr olur?

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Suriyada atəşkəsin elan edilməsi üçün cəhdlər göstərilməsi barədə razılığa gəliblər. 

Nazirlər bundan əlavə Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan mümkün sülh danışıqları üçün hazırlıqları müzakirə ediblər.

Telefon danışığında Suriyada döyüş fəaliyyətinin dayandırılması barədə əldə olunan razılığın tez bir zamanda sona çatdırılması, mötədil müxalifətin terrorçu qruplardan ayrılması və Astanadaki toplantı üçün lazımlı hazırlıqların aparılmasının vacibliyi qeyd olunub.

Faktor.az









Redaktorun seçimi