Çavuşoğlu işarə vurdu - Azərbaycanda Gülən təhlükəsi davam edir

Hit: 1008
Çavuşoğlu işarə vurdu - Azərbaycanda Gülən təhlükəsi davam edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfər edib.

Səfəri zamanı Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən brifinq zamanı Dağlıq Qarabağ münaqişəsi, eləcə də Türkiyədəki çevriliş cəhdindən sonra Azərbaycanın Türkiyəyə dəstəyindən danışıb.

Eyni zamanda, Gülən terror təşkilatından bəhs edən Çavuşoğlu, sözügedən terror təşkilatı ilə mübarizənin Azərbaycanın təhlükəsizliyi üçün də vacib olduğunu xüsusilə vurğulayıb.

Türkiyə və Azərbaycan mütəmadi olaraq regionda baş verən və mövcud problemlərlə bağlı məsləhətləşmələr aparırlar.

Bunu Faktor.az- a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə üçün ən vacib təhdidlərdən biri də Abdullah Gülənin rəhbərlik etdiyi təşkilat, onun Türkiyə dövlətçiliyinə vaxtaşırı vurduğu zərbələrdir.

“Bu məsələdə Azərbaycan hər zaman Türkiyənin yanındadır.Sözügedən təşkilat Azərbaycan üçün təhlükə kəsb etmir. Heç də təsadüfi deyil ki, Azərbaycanda Abdulla Güllə bağlı olan bir sıra strukturlar fəaliyyətlərini dayandırıblar. Gülən təşkilatına qarşı Azərbaycan Türkiyə ilə birgə mübarizə aparır. Bununla bərabər, hər iki dövlət başda Gülən terror təşkilatı olmaqla, bütün məsələlərdə daim fikir və təcrübə mübadiləsi aparmağa hazırdırlar”.

Vüsalə Qəzənfərqızı //Faktor.az









Redaktorun seçimi