DİP-in gənc fəalları - Almaniyada gənc siyasətçilər üçün proqrama qatılıblar - FOTOLAR

Hit: 798
DİP-in gənc fəalları - Almaniyada gənc siyasətçilər üçün proqrama qatılıblar - FOTOLAR

 

Demokratik İslahatlar Partiyasının Qadınlar və Gənclər Şöbəsinin sədri Nərmin Şamilbəyli və eləcə də İdarə Heyətinin üzvləri Elvira İsmayılova, Emil Abdürəhmanov 16-21 oktyabr 2016-cı il tarixində Almaniyada keçirilən "Cənubi Qafqazın Gənc Siyasətçiləri üçün Tədris və Dialoq Proqramı"nda iştirak ediblər.

Faktor.az xəbər verir ki, proqramda azərbaycan nümayəndə heyətinin tərkibində, həmçinin Yeni Azərbaycan Partiyasınn gənc siyasətçiləri, eləcə də Gürcüstan və Ermənistandan olan nümayəndə heyəti də iştirak ediblər.

Gənclər Almaniyanın Berlin və Vittenberg şəhərlərinə səfər zamanı, Almaniya Bundestaqı( Parlamenti), Xarici İşlər Nazirliyi, Berlin və Vittenberq şəhər bələdiyyələrində rəsmilərlə görüşüblər. Dialoq zamanı Cənubi Qafqazın təhlükəsizliyi, Qafqaz və Avropa Birliyi ölkələri arasındakı əlaqələrin genişlənməsi, gənclərin "Şərq Tərəfdaşlığı"ndakı rolunun gücləndirilməsi və s. ilə bağlı mövzular müzakirə edilərək bir çox suallara aydınlıq gətirilib.

Azərbaycanlı gənclər bu kimi məsələlərdə ölkəmizin mövqeyini və ərazi bütövlüyünü müdafiə ediblər. Eyni zamanda, bir çox tarixi fakt və həqiqətləri də müzakirə zamanı səsləndiriblər.

Xatırladaq ki, iştirakçılar Almaniya səfərindən öncə proqramın ilk 2 hissəsində, Gürcüstanda keçirilən "Yay və Qış Məktəbləri"ndə də iştirak edib və iştirakçılara sertifikatlar təqdim edilib.

Faktor.az

1
1
1
1
1








Redaktorun seçimi