"Suriya dağılsa, Kürdüstan yaranacaq" - Rus kəşfiyyatçı

Hit: 293
"Suriya dağılsa, Kürdüstan yaranacaq" - Rus kəşfiyyatçı
"Suriyanın ərazi bütövlüyünü qorunmalıdır. Əks halda, yerində Kürdüstan dövləti qurulacaq".
 
Bunu Rusiya Xarici Kəşfiyyat Komitəsinin keçmiş sədri general Vyaçeslav Trubnikov “BaltNyus.lv” xəbər agentliyinə açıqlamasında deyib.
 
O, Bəşər Əsədin postunda qalmasının olduqca mühüm olduğunu vurğulayıb:
 
“Önəmli olan Əsədin hakimiyyətdə təmsil olunmasıdır. Əsəd qanuni prezidentdir. O, ölkənin kiçik bir hissəsinin belə suverenliyini təmin edir. Hətta Mossaddakı “sevimli həmkarlarım” da Suriyanın ərazi bütövlüyünü müdafiə edir. Bu ölkənin dağılması Yaxın Şərqdə böhrana səbəb olar və Kürdüstan dövləti qurular. İsrail bu məsələdə Rusiyanı tam dəstəkləyir”. //Axar.az//








Redaktorun seçimi