Adil Əliyevin məqaləsi Almaniya mətbuatında dərc olunub

Hit: 388
Adil Əliyevin məqaləsi Almaniya mətbuatında dərc olunub
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin ölkəmizin inkişafı, sülh istiqamətində atdığı addımlar, irəli sürdüyü  və reallaşan humanitar təşəbbüslər, eləcə də COP-29 barədə yazısı Almaniya mətbuatında işıq üzü görüb.
 
Vitse-spiker məqaləsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan, Azərbaycanın dünyada beynəlxalq təşəbbüslərin səbəbkarı kimi tanınması, “vaksin milliyyətçiliyi”nin qarşısının alınmasında oynadığı mühüm rol qeyd olunub.
 
Eləcə də, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verdiyi töhfədən bəhs edilərək, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması qeyd olunub. Ermənistanın 30 ilə yaxın davam etmiş təcavüzündən sonra ölkəmizin öz torpaqlarını düşmən işğalından azad etməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iri layihələrdən, eləcə də ölkəmizin regionda sülhə verdiyi töhfələr qeyd olunub.
 
Ölkəmiz və onun həqiqətləri barədə geniş məlumat verilən məqalədə Azərbaycanın bu günə qədər evsahibliyi etdiyi tədbirlərdən, olimpiadalardan danışılıb, eləcə də bu il COP-29-un Bakı şəhərində keçirilməsi ilə bağlı dünya ölkələrinin yekdil qərarının rəsmi Bakıya olan yüksək etimadın göstəricisi olduğu diqqətə çatdırılıb.
 
Məqalə Almaniya mətbuatında maraqla qarşılanıb.
 
https://www.deutscherpresseindex.de/2024/03/21/aserbaidschan-oeffnet-sich-als-neuer-schauplatz-fuer-internationale-investitionen/
 
https://europenews24.de/aserbaidschan-oeffnet-sich-als-neuer-schauplatz-fuer-internationale-investitionen
 
https://www.news-research.net/2024/03/aserbaidschan-oeffnet-sich-als-neuer-schauplatz-fuer-internationale-investitionen/








Redaktorun seçimi