Bu qədər silah-sursat Xankəndidə haradandır? - Millət vəkili AÇIQLADI

Hit: 229
Bu qədər silah-sursat Xankəndidə haradandır? - Millət vəkili AÇIQLADI
Son bir neçə həftədir ki, mütəmadi olaraq mətbutda “Xankəndidə xeyli silah -sursat arşakrlandı”  kimi xəbərlər yer alır. Demək olar ki, hər gün Daxili İşlər Naziliyindən verilən məlumatda mütəmadi olaraq belə xəbərlər yayımlanır. Bəs görəsən nə üçün məhz Xankəndidə? Bu qədər silah- sursat işğalçı düşməndə hardandır? 
 
Mövzu ilə bağlı millət vəkili Arzu Nazğıyev Moderator.az-a danışdı. Bildirdi ki, son vaxtlar Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat axtarış fəaliyyəti nəticəsində Xankəndidə çoxsaylı silah- sursat aşkarlanıb götürülmüşdür:
 
“Bu çox təqdirə layiq bir haldır və peşəkarlıqdan xəbər verir. Düşünürəm ki, alınan həm əməliyyat məlumatları, həm Daxili İşlər Nazirliyinin yeni strukturunun Xankəndi şəhərində fəaliyyətə başlaması öz nəticəsini verməkdədir. Məlumdur ki, separatçılara xas olaraq əsasən silah sursatın məktəblərdə, uşaq baxçalarında, xəstəxanalarda gizlədilməsi bir daha göstərir ki, həmin separatçı dəstənin xisləti ancaq döyüşmək, təxribatlar törətmək üçün nəzərdə tutulub. Silahlara gəldikdə isə minalarla bərabar hiss olunur ki, burada həm terrorçu dəstələrin, həm də bir sıra dövlətlərdən köçürülmüş terror təşkilatının üzvlərinin silahları da var. Bu çox mühüm bir addımdır. Çünki böyük qayıdışın, böyük köçün təmin edilməsi üçün mütləq şəkildə ərazini silah- sursatdan təmizləmək lazımdır. Yəni hər bir gizlədilən silah, gələcəkdə terror təşkilatlarının üzvləri tərəfindən istifadə oluna bilər. Bununla paralel olaraq bu silahlarə gizlətməkdə yenidən Xankəndinə qayıtmaq arzusunda olan müxtəlif qruplaşmaların istifadə olunmasının da qarşısını ala bilər. Məlumdur ki, bu silahların yığılması, təhvili qarşıda duran ən ciddi məsələlərdən biridir. Burada düşünürəm ki, həbs olunmuş separatçıların rəhbərlərinin verdiyi izahatların da mühüm rolu var, eyni zamanda həbs olunmuş müxtəlif cinayət törətmiş şəxslərin də məlumatları əsasında bu silah sursatların yığışdırılması həyata keçirilir.
 
Bu proses davam etdiriləcək, çünki Azərbaycan polisi, Xankəndi şəhərində şəhərində daimi öz peşəsinin icrasına başlayıb, bunların fəaliyyəti nəticəsində gələcəkdə Xankəndinə köçülürəcək bizim vətəndaşlarımızın təhlükəsinə təhtidin qarşısının alınmasında atılan ən ciddi addımlardan olacaq.
 
Bu Ali Baş Komandanın göstərişinə uyğun olaraq, Daxili İşlər Nazirliyi, digər Hüquq mühafizə orqanlarının rəhbərliyi kordinasiyalı işin aparılmasında çox mühüm addımlardır. Bu da öz bəhrəsini verməkdədir".








Redaktorun seçimi