Jalə Əhmədova Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ilə görüşüb

Hit: 893
Jalə Əhmədova  Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ilə görüşüb
Bu gün, Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterlə onlayn formatda baş tutan görüşümüz zamanı 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribatlar və itkilərimiz barədə məlumat verdim. İşğaldan azad edilmiş ərazilərində genişmiqyaslı tikinti və bərpa işləri aparan Azərbaycanın Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyini, 
Ermənistanın isə bunun tam əksi olaraq özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurduğunu qeyd etdim.
 
Regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayan Estoniya Riigikoqunun üzvü Sven Sester, şəhidlərimiz ilə bağlı Azərbaycan xalqına başsağlığını çatdırdı. 
 
Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq Sven Sesterə dərin təşəkkürümü bildirirəm.

Millət vəkili Jalə Əhmədova








Redaktorun seçimi