Azərbaycan Ordusu nəyə qadir olduğunu hamıya bir daha göstərdi

Hit: 1177
Azərbaycan Ordusu nəyə qadir olduğunu hamıya bir daha göstərdi

12 sentyabr 2022-ci il tarixindən etibarən Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Brüssel danışıqlarında əldə edilmiş razılaşmaları kobudcasına pozaraq Azərbaycana qarşı növbəti hərbi təxribatı Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və bu ölkədə revanşist meyillərin daha da gücləndiyini, rəsmi İrəvanın sülhə hazır olmadığını bir daha təsdiqləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan Ordusu bu dəfə də canı-qanı bahasına bu xain hücumun qarşısını aldı, düşmənə layiqli cavab verərək ona növbəti dəfə sarsıdıcı zərbələr vurdu.

Azərbaycan Ordusu nəyə qadir olduğunu hamıya bir daha göstərdi. Azərbaycan əsgəri Vətəninə qarşı istənilən addımın və təxribatın qarşısını almaq qüdrətində olduğunu bir daha nümayiş etdirdi. Ermənistanın növbəti avantürası regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addımın onun özü üçün yeni faciələrə yol açdığını bir daha göstərdi. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Ölkəmiz həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.

 

Mikayıl Hacıyev
Göygöl bələdiyyəsinin sədri


 









Redaktorun seçimi