Putinlə İlham Əliyevin görüşü olacaq

Hit: 814
Putinlə İlham Əliyevin görüşü olacaq
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
 
Onun sözlərinə görə, Rusiya lideri sammit çərçivəsində həmkarları ilə bir sıra görüşlər keçirəcək.
 
"Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar aparacağıq. Sonra Türkiyə Respublikasının Prezidenti Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş olacaq", - Uşakov qeyd edib. 
 
Bununla yanaşı, Putin Qırğızıstan, İran, Türkmənistan başçıları, Hindistan və Pakistanın baş nazirləri, eləcə də Çin sədri Si Cinpinlə görüşəcək.








Redaktorun seçimi