Naxçıvanda hərbi quruculuq işləri uğurla davam etdirilir

Hit: 2037
Naxçıvanda hərbi quruculuq işləri uğurla davam etdirilir
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər uğurla davam etdirilir.
 
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində hərbi zavodun, körpünün və üç anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib.
 
Babək rayonunda bir avtomobil saxlancının tikintisi başa çatdırılıb, iki yeraltı saxlancın, Şərur rayonunda bir avtomobil saxlancının tikintisi davam etdirilib. Şahbuz rayonunda yaşayış binasının tikintisi başa çatdırılıb.
 
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman kompleksinin yenidən qurulması və əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılıb, hamam, camaşırxana və anbar binasının tikintisi, Nehrəm Təlim Mərkəzinin və “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yataqxana binasının yenidən qurulması davam etdirilib.
 
Şərur rayonunda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksinin yenidən qurulması başa çatdırılıb, 5-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin, 7-ci Sərhəd Zastavası üçün yaşayış binasının, Ordubad rayonunda Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi, Şərur rayonunda Sərhəd Zastavasının avtomobil yolunun yenidən qurulması davam etdirilib.
 
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 7 ailəyə mənzil təqdim olunub.








Redaktorun seçimi