SOCAR-a prezident təyin edildi

Hit: 870
SOCAR-a prezident təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfi vəzifəsindən azad edib.
 
Faktor.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. 
 
Qeyd edək ki, bu ilin fevralında vəzifəsindən azad edilən SOCAR-ın prezidenti vəzifəsi Rövşən Nəcəfə həvalə edilmişdi. O, bundan əvvəl İqtisadiyyat nazirinin birinci müavini idi.
 
Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir. O, həmçinin İqtisadiyyat üzrə fəlsəfə doktorudur.








Redaktorun seçimi