Jalə Əhmədova "Aİ-Azərbaycan Biznes Forumu”nda iştirak edib

Hit: 1004
Jalə Əhmədova "Aİ-Azərbaycan Biznes Forumu”nda iştirak edib
Milli Məclisin deputatı Jalə Əhmədova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), COWI Belçika, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, InvestBaku və AZPROMO-nın təşkilatçılığı ilə mayın 17-də Bakı şəhəri, Fairmont Hotelində keçirilən “Aİ-Azərbaycan Biznes Forumu”nda iştirak edib.
 
Bu barədə FAKTOR.AZ-a depuputat özü açıqlama verib.
 
Onun sözlərinə görə, İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldinin dəvəti ilə qatıldığım biznes-forumda, Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkəmizdəki biznes mühiti və investisiya imkanları müzakirə olunub.
 
Deputat qeyd edib ki, Aİ-nin 2021-ci ildə Azərbaycanın işgüzar mühiti ilə bağlı araşdırmasına əsasən, Avropa müəssisələrinin 54 faizi Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlıdır.








Redaktorun seçimi