“Şuşa ili” ilə bağlı tədbirlər keçiriləcək

Hit: 733
“Şuşa ili” ilə bağlı tədbirlər keçiriləcək
Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.
 
Faktor.az bildirir ki, bu barədə Modern.az-a açıqlamasında komitənin üzvü Jalə Əhmədova bildirib.
 
O qeyd edib ki, ilk olaraq Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təqdimatında 2021-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat dinlənilib.
 
Milli Məclisin vitse-spikeri ötən ilin payız sessiyasında görülmüş işlər barədə məlumat verərək bildirib ki, Gənclər və idman komitəsinin üzvləri  ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, bu sahədə ölkədə həyata keçirilən islahatlarla bağlı üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Komitə üzvlərinin şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayan A.Əliyev qeyd edib ki, bu kateqoriyadan olan ailələrlə görüşlər keçirilib, onlara lazımi köməklik göstərilib.
 
"Daha sonra komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planının layihəsi ilə tanış olduq. Qeyd etmək lazımdır ki, Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub. O cümlədən 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq gənclərin maarifləndirilməsi, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərin, Xocalı soyqırımına həsr olunmuş tədbirlərin və s. digər ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub. İclasın sonunda həmkarlarım ilə birlikdə Gənclər və idman komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təsdiqlədik", - deyə deputat qeyd edib.








Redaktorun seçimi