Ermənistan hələ də işğalçılıq xülyası ilə yaşayır

Hit: 792
Ermənistan hələ də işğalçılıq xülyası ilə yaşayır
“Biz erməni xislətinin nə olduğunu çox yaxşı bilirik. Onlar Azərbaycanın qələbəsini heç cür həzm edə bilmirlər və zaman-zaman qəsdən belə təxribatlar törədirlər. Bölgədəki ümumi vəziyyətin gərginləşməsinə hesablanmış bu cür təxribatların qarşısını Azərbaycan Silahlı Qüvvələri qətiyyətlə alır. Daim ayıq-sayıq vəziyyətdə olan Ordumuz bu dəfə də Ermənistan Silahlı Qüvvələrinin təxribatına layiqli cavab verib və qarşı tərəfin snayper atəşi nəticəsində şəhid olan əsgərimiz Ayaz Nəzərlinin qisasını alıb. Allahdan şəhidimizə rəhmət, doğmalarına səbr diləyirəm”.
 
Bunu Faktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova yanvarın 11-də ermənilər tərəfindən törədilmiş növbəti təxribatla bağlı danışarkən bildirib.
 
J.Əhmədova qeyd edib ki, bədxah qonşularımız belə təxribatlar törətməklə sülhün, sabitliyin, əməkdaşlığın tərəfdarı olmadıqlarını nümayiş etdirirlər:
 
“Hələ də işğalçılıq xülyaları ilə yaşayır, onlara çox baha başa gəlmiş “Dəmir yumruq”un gücünü unudurlar. Düşünürəm ki, sərhədlərin delimatisiya və demarkasiyasının icrasını sürətləndirməklə, bu cür təxribatların da qarşısı alınmış olacaq”.








Redaktorun seçimi