Jalə Əhmədova fermerlərin problemlərini nazir İnam Kərimova çatdırıb

Hit: 537
Jalə Əhmədova fermerlərin problemlərini nazir İnam Kərimova çatdırıb
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdüm. Görüş zamanı, qeyri-neft sektorun ən aparıcı sahəsi olan aqrar sahənin inkişafından və bu istiqamətdə görülən işlərdən, ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılmasından danışdıq. 
 
O cümlədən Salyan rayonunda qarğıdalı əkini və baramaçılığın inkişafı, böyük kəndlərdə dəyirmanların tikilməsi, örüş otlaq sahələri, bölgədə fəaliyyət göstərən fermerlərin dövlətin ayırdığı güzəştli kreditlərdən yararlanması, müharibə iştirakçıları və qazilərə kənd təsərrüfatı sahəsində güzəştlərin edilməsi və s. digər bir çox məsələləri müzakirə etdik. 
 
Kənd təsərrüfatı naziri İnam Kərimova diqqət göstərib məni qəbul etdiyinə görə minnətdarlığımı bildirir, ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram.
 
Jalə Əhmədova
Milli Məclisin deputatı








Redaktorun seçimi