Adil Əliyev beynəlxalq parlament konfransında iştirak edəcək

Hit: 455
Adil Əliyev beynəlxalq parlament konfransında iştirak edəcək
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev noyabrın 20-dən 23-nə kimi Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində səfərdə olacaq.
 
Vitse-spiker burada Qazaxıstanın Birinci Prezidenti Gününə həsr olunmuş “Elbası. Müstəqillik. Parlament” adlı beynəlxalq parlament konfransında iştirak edəcək.
Nursultan Nazarbayevin ümumxalq seçkisi ilə Qazaxıstanın birinci prezidenti seçilməyinin 30 illiyi ərəfəsində keçirilən beynəlxalq tədbirdə Qazaxıstanın və xarici ölkələrin parlament nümayəndələri, politoloqlar və ekspertlər iştirak edəcəklər.








Redaktorun seçimi