Quru Qoşunlarının komandanı İstanbula getdi

Hit: 331
Quru Qoşunlarının komandanı İstanbula getdi
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə bu ölkəyə yola düşüb.
 
Bu barədə Faktor.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Məlumata görə, general Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü - 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.







Redaktorun seçimi