Türkiyənin yeni milliyyətçi hərəkatını təmsil edən partiya

Ölkə mətbuatının da yazdığı kimi, oktyabrın 8-dən etibarən Türkiyənin Zəfər partiyasının sədri Ümid Özdağ Azərbaycanda səfərdədir.MHP-dən ayrılaraq öz dava yoldaşları ilə yeni partiyasını quran Ümid Özdağ İlk səfərini Azərbaycana edərək, bir çox təşkilat və partiyalarla, onların rəhbərləri ilə görüş keçirmişdir.
Bu görüşlərdə Qarabağ, Zəngəzur dəhlizi, yeni dünya düzənində Türkiyə, Azərbaycan, Pakistan ittifaqı, türk dünyasının bir araya gəlməsi məsələləri əsas mövzulardan biri olmuşdur. Xatırladaq ki, Mahmud Kaşqari fondu da, Zəfər partiyasının liderinə Türk Dünyası ilə bağlı xidmətlərindən dolayı mükafat təqdim etmişdir. Faktor. az saytının əməkdaşlarının Ümid Özdağdan götürdüyü müsahibə yaxın günlərdə çap olunacaq.
Xanəmir Telmanoğlu


