Türkiyənin Zəfər Partiyasının başqanı Faktor.az-ın qonağı olub - FOTOLAR

Hit: 1166
Türkiyənin Zəfər Partiyasının başqanı Faktor.az-ın qonağı olub - FOTOLAR

Türkiyənin Zəfər Partiyasının başqanı Ümid Özdağ Azərbaycanda 3 günlük səfərdə olub. Ümid Özdağ Bakıda bir sıra görüşlər keçirib, həmçinin Şəhidlər Xiyabanını ziyarət edib.

Səfər çərçivəsində Ümid Özdağ Faktor.az xəbər portalının rəhbərliyi ilə görüşüb. Keçirilən görüşdə portalın Baş Redaktoru Aslan Abbaszadə, redaktor Xanəmir Telmanoğlu iştirak ediblər.

Ümid Özdağ partiya başqanı kimi Azərbaycana ilk səfərindən məmnun olduğunu dilə gətirib. Bildirib ki, son illər Azərbaycan xeyli inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf qardaş ölkə kimi bizi çox sevindirir. Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər.

Görüşdə çıxış edən Faktor.az xəbər portalının baş redaktoru Aslan Abbaszadə bildirirb ki, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.

Ümid Özdağ bundan sonra da Azərbaycana səfər edəcəyini dilə gətirib.

Görüşün sonunda xatirə şəkili çəkdirilib.

1
1
1
1
1
1








Redaktorun seçimi