Restoran və hotellərə girişdə COVİD pasportu belə yoxlanılacaq

Hit: 853
Restoran və hotellərə girişdə COVİD pasportu belə yoxlanılacaq
“Sentyabrın 1-dən kafe-restoran, hotel və iaşə obyektlərində COVİD pasportu yoxlanılacaq. Bunun üçün ASAN xidmət tərəfindən mobil tətbiq hazırlanıb. Həmin yerlərin işçiləri bu sistemdən istifadə edə biləcəklər”.
 
Faktor.az xəbər verir ki, bunu ASAN xidmətin sədri Ülvi Mehdiyev  deyib.
 
O bildirib ki, mobil tətbiq proqram vasitəsilə COVİD pasportunu yoxlaya biləcəklər: "Həm pasport, həm də şəxsiyyət vəsiqəsi məlumatları əsasında bu yoxlanılacaq. Vətəndaşdan xüsusi prosedur tələb olunmur. Yalnız xahiş odur ki, pasport üzərlərində olsun. Yaxud da şəxsiyyət vəsiqəsi məlumatlarını deməklə yoxlamaq mümkündür.
 
Yeganə xahiş bu cür məkanlar üçün peyvənd olunmayanların peyvənd olunmasıdır. Həmin obyektlərdə yoxlamanı həyata keçirən şəxslər slayddan baxa bilər. 9108 çağrı mərkəzinə də müraciət edə bilərlər".







Redaktorun seçimi