Vətən sərhəddən başlayır - Vətəni sevməyin sərhədi yoxdur!

Hit: 905
Vətən sərhəddən başlayır - Vətəni sevməyin sərhədi yoxdur!
Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür. 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib.
 
Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib.
 
Azərbaycan Demokratik Respublikadır və bugünkü gündə o, öz ərazi bütövlüyünün bərpa edilməsində, qorunub saxlanılmasında sizlərə çox şey borcludur. Hörmətli Sərhəd Qoşunları əməkdaşları, peşə bayramınız mübarək! 
 
Vətən sərhəddən başlayır, lakin Vətəni sevməyin sərhədi yoxdur! 
 
Hörmətlə, Aslan Abbaszadə.








Redaktorun seçimi